Konte Lukaku və Mozesi

Konte Lukaku və Mozesi "İnter"də görmək istəyir

"İnter" yay "transfer pəncərəsi"ndə heyətini İngiltərə Premyer Liqasından iki futbolçu ilə gücləndirə bilər.

Yeni mövsümdən etibarən komandanı "Çelsi"nin sabiq baş məşqçisi Antonio Kontenin çalışdıracağı gözlənilir. "Sky Sports"un məlumatına görə, italiyalı mütəxəssis "Mançester Yunayted"in hücumçusu Romelu Lukaku və hazırda "Fənərbağça"da icarə əsasında çıxış edən "Çelsi"li Viktor Mozesin transferində maraqlıdı.

2018-19 mövsümündə Premyer Liqada 32 matçda meydana çıxan Lukaku 12 dəfə fərqlənib. Türkiyə Superliqasında 13 görüşdə oynamaq şansı əldə edən Viktor Mozesin aktivində isə 3 qol, 2 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR