"Koreya səfiri" kubokunda qaliblər müəyyənləşdi

Azərbaycan Taekvondo Federasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə sentyabrın 14-də Abşeron Olimpiya Kompleksində keçirilən "Koreya səfiri” kuboku turniri başa çatıb.
 
Sport7.az xəbər verir ki, komanda hesabında birinci yerə "Qafqaz” taekvondo klubu, ikinci yerə "Hədəf-Olimpiya” taekvondo klubu, üçüncü yerə isə "Gömrükçü” idman klubu layiq görülüb.

Beşinci dəfə keçirilən turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmə və klublarından 2002-2004-cü il təvəllüdlü 100-dən çox gənc idmançı qüvvəsini sınayıb. Yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır.

Turnirin açılış mərasimində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op və Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək ölkəmizdə idmanın, o cümlədən taekvondonun inkişafına göstərilən diqqət və qayğıdan bəhs ediblər. Taekvondoçularımızın dünya və Avropa çempionatlarında əldə etdikləri uğurlar bu diqqət və qayğının göstəricisi kimi dəyərləndirilib. Yarışın artıq ənənvi olaraq hər il keçirlidiyini və bundan sonra da davamlı olmasını arzulayıblar.

Sonra turnirin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Yarışda mükafatçılar sırasında yer alan idmançıların siyahısını təqdim edirik:
 
Qızlar -42 kq
 
1. Səidə Əliyeva---Qusar.
2. Nərmin Kərimli---"Hədəf-Olimpiya”.
3. Aygün Lin ---"Alpman” T.K..
3. Fəridə Sultanlı---Lənkəran.

Qızlar -44 kq.
 
1. Məryəm Vəlizadə---1 saylı ”Gömrükçü” İ.K.
2. Sona Ağayeva---2-saylı "Gömrükçü” İ.K.
3. Leyli Əhmədova---"Ümid” T.K.

Qızlar -46 kq.
 
1. Ofeliya Allahverdiyeva---5 saylı "Gömrükçü” İ.K.
2. Nailə Əzizova---"Fərasət” T.K.
3. Aliyə Akçurina---"Asiman” T.K.

Qızlar -49 kq.
 
1. Zivər Tağıyeva---"Cavidan” T.K.
2. Röya Süleymanova---2-saylı”Gömrükçü” İ.K.
3. Fatimə Məcidova---Təhsil-Sumqayıt.
3. Nigar Useynova---"Alpman” T.K.

Qızlar -55 kq.
 
1. Aysel Xudaverdiyeva---"Qafqaz” T.K.
2. Tülin Ələkbərova---"ƏFA” T.K.

Oğlanlar –45 kq.
 
1. Əli Tağızadə---Lənkəran T.İ.M.
2. Rahid Vəliyev---Masallı.
3. Surxay Xudakərimov---"Xəzər” T.K.
3. Anar Əlizadə---"Kövsər” T.K.

Oğlanlar -48 kq.
 
1. Murad Əmrahov---"Hədəf-Olimpiya”.
2. Əli Hüseynli---Cəlilabad.
3. Cavid Quliyev---"Alpman” T.K.
3. Müşviq İbrahimli---"Asiman” T.K.

Oğlanlar -51 kq.
 
1. Hətəm Həsənli---"Asiman” T.K.
2. Riyad Şirəliyev---"Fərasət” T.K.
3. Nihad Əlizadə---R.U.G.İ.M.
3. Yusif Qurbanov---Lənkəran T.İ.M,

Oğlanlar -55 kq.
 
1. Səyyad Dadaşov---"Quba” T.K.
2. Xanlar Xanəhmədov---Quba U.G.İ.M.
3. Anar İbrahimov---DİN. İ.C.
3. İsmayıl İsmayılov---Təhsil-Sumqayıt.

Oğlanlar -63 kq.
 
1. Yaşar Məmmədli---"Qafqaz” T.K.
2. İbrahim Xəlilzadə---"Gənclər” T.K.
3. Cavidan Əliyev---Abşeron.
3. Hüseyn Əliyev---1-saylı "Gömrükçü” İ.K.

Oğlanlar -59 kq.
 
1. Kənan Mahmudov---"Qafqaz” T.K.
2. Əli Əkbərov---"Aran” T.K.
3. Toğrul Bədurayev---Hədəf-Olimpiya”.
3. Fuad Təhməzov---Təhsil-Sumqayıt.

Oğlanlar -68 kq.
1. Eltac Qafarov---F.H.N. İ.S.K.
2. İlkin Fərzəliyev---"Xəzər” T.K.
3. Ümid İsmayılov---"Qəbələ” İ.K.
3. Fuad Əliyev---"Fateh” T.K.

Oğlanlar -73 kq.

1. Pirəli Cəfərli---"Hədəf-Olimpiya” T.K.
2. Nurlan Çıraqov---Təhsil-Sumqayıt.
3. Mürtəza Kazımzadə---"Araz-Şöhrət” T.K.

Oğlanlar -78 kq.
 
1. Fəqan Əliyev---"Bozox” T.K.
2. Şamil Bəkirov---"Araz-Şöhrət” T.K.

Oğlanlar +78 kq.
 
1. Taleh Süleymanov---1-saylı "Gömrükçü” İ.K.
2. Vüsal Balaqadaşov---"Xəzər” T.K.
3. Nüseyn Ağaşov---"Mübariz” T.K.
3. Ramiz Cavadov---"Araz-Şöhrət” T.K.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR