Koronavirus Çempionlar Liqasını da vurdu

Koronavirus Çempionlar Liqasını da vurdu

Koronavirus bəlası Avropa futbolunun başı üzərindən çəkilmək bilmir.

Sport7.az xəbər verir ki, UEFA dünən keçirilməli olan "Drita” və "Linfield” komandalarının qarşılaşmasını təxirə salıb. Kosova və Şimali İrlandiya təmsilçiləri Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşmalı idi.

Açıqlamada bildirilir ki, ev sahibi komandadan iki futbolçunun testinin nəticəsi müsbət olub. Bütün heyət hazırda karantindədi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR