Koronavirus səbəbindən Yaponiya - Ekvador matçı boş tribunalar önündə oynanılacaq

Koronavirus səbəbindən Yaponiya - Ekvador matçı boş tribunalar önündə oynanılacaq

Deyvis Kuboku çərçivəsində həftə sonu oynanılması planlaşdırılan Yaponiya - Ekvador görüşü tamaşaçılarsız keçiriləcək.

Yaponiyanın "Miki" stadionunun ev sahibliyi edəcəyi qarşılaşma koronavirus səbəbindən boş tribunalar önündə oynanılacaq. Oyun yerli "Wowow" telekanalı vasitəsilə canlı yayımlanacaq. Matça bilet alan tamaşaçıların ödənişləri artıq geri qaytarılır.

Dirsəyindən zədə alan Kei Nisikorinin məhz Ekvadorla görüşdə kortlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Yaponiya koronavirusun ən geniş yayıldığı ölkələrdən biridi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR