Koronavirus təhlükəsi: Lippertlə Ştuxlik Azərbaycanı tərk edibmi?

Koronavirus təhlükəsi: Lippertlə Ştuxlik Azərbaycanı tərk edibmi?

Bildiyiniz kimi, bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə bağlı ölkə futbolunda qeyri-müəyyən vəziyyət yaranıb. 

Ölkədə karantin elan edilib, bütün idman yarışları təxirə salınıb, AFFA da çempionatları dayandırıb. 

Maraqlıdır, AFFA-nın işçilərinin tətilə çıxdığı vaxtda qurumun əcnəbi əməkdaşları haradadır?

Bunu AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan öyrəndik. Qurum rəsmisi bildirdi ki,  AFFA-nın texniki direktoru Bernhard Lippert, Azərbaycan yığma komandalarının baş məşqçisi və aşağı yaş qrupu üzrə yığmaların koordinatoru Miloş Velebit və Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik hazırda Bakıdadır. Ancaq U-21 millimizin baş məşqçisi Milan Obradoviç paytaxtımızı tərk edib. 

Qeyd edək ki, ölkə ərazisində 14 mart – 14 aprel tarixlərində xüsusi rejim tədbiq olunub. 

Röya Kərimli
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR