Koronavirus testlərinin azlığı NBA-nın bərpasını gecikdirir

Koronavirus testlərinin azlığı NBA-nın bərpasını gecikdirir

"Dallas Meveriks"in sahibi Mark Kyuban NBA-da mövsümün bərpasının gecikməsini ABŞ-ın bəzi ərazilərində koronavirus testlərinin çatışmaması ilə əlaqələndirib.

Sport7.az xəbər verir ki, Kyuban "Dallas News"a açıqlamasında qeyd edib:

"Eşitdiyimə və bildiyimə görə, koronavirus testlərinin sayı ilə bağlı problem var. Bu səbəbdən mövsümün bərpası gecikir. Bəzi ştatlarda test vermək çox asandı, bəzilərində isə yox. Biz NBA-nın testə həqiqətən ehtiyac duyan amerikalılara mane olmasını istəmirik. Bu məsələ həll olan kimi mövsümün başlayacağını düşünürəm".

Qeyd edək ki, mart ayında "Yuta"nın oyunçusu Rudi Qoberdə koronavirus aşkarlandıqdan sonra NBA dayandırılmışdı.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR