Koronavirusla mübarizə - “Qarabağ”la “Sabah”a kimlər qoşulacaq?

Koronavirusla mübarizə - “Qarabağ”la “Sabah”a kimlər qoşulacaq?

Prezident İlham Əliyevin 19 mart tarixli fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər 110 milyon manat, 146 min dollar və 27 min avro yığılıb.

Sport7.az daha əvvəl ianə edənlər sırasında "Qarabağ”la "Sabah” da olduğunu xəbər verib. Maraqlıdı, bəs başqa klublar bu haqda nə düşünür?

Bunu öyrənmək məqsədi ilə "Futbol+” qəzetinin əməkdaşları klublarımızla əlaq saxlamağa çalışıb. Onların cavabı belə olub:

Rəşad Məmmədov ("Sumqayıt”): "Bu, klubun daxili işidi. Bununla bağlı rəsmi açıqlama vermək istəmirik. Ancaq onu deyim ki, məsələdən baş məşqçini və oyunçuları xəbərdar etmişik. Kim istəsə, yardım edər. Bildiyim qədəri ilə artıq bir neçə klub üzvü könüllü şəkildə ianə ediblər. Ancaq biz bu haqda rəsmi açıqlama vermək istəmirik”.

Rüstəm Allahverdiyev ("Neftçi”): "Dəqiq bir söz deyə bilməyəcəm. Ancaq həmin fonda yardım etmək ehtimalı var. Hansısa ianə edilərsə, bununla bağlı ictimaiyyətə bilgi veriləcək”.

Törə Əhmədova ("Səbail”): "Bilirsiz ki, büdcəmiz sponsorların gəlirləri hesabına formalaşır. Əməkdaşlıq etdiyimiz şikətlər də fonda pul köçürüblər”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR