“Kosovo daha üst sırada dayanmalıdı” – Maltanın baş məşqçisi

“Kosovo daha üst sırada dayanmalıdı” – Maltanın baş məşqçisi
Azərbaycanla oyundan sonra Malta millisinin baş məşqçisi Raymond Farrugia jurnalistlər önünə çıxıb.

Sport7.az xəbər verir ki, rəqibin çalışdırıcısı sözlərini millimizi tərifləməklə başlayıb:

"Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm. İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan bugünkü oyun komandam üçün olduqca önəmli idi”.

63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması tədricən daha yaxşı oynayır: "İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. 

Qrupumuzda favorit yoxdur. Məsələn, Kosovo yeni komandadır. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdür. Lakin fikrimcə, Kosovo bir qədər üstündür. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosovo daha üst sırada dayanmalıdır”.

Sport7.az
 

Xəbər lenti