Kosovonun baş məşqçisi: "Bir xala görə xoşbəxt deyiləm"

Kosovonun baş məşqçisi:
Bu gün UEFA Millətlər Liqasında ilk matçında Azərbaycan yığması Kosovo millisi ilə qarşılaşıb. 

Sport7.az xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan komandaların görüşündə hesab açılmayıb. 

Matçdan sonra rəqib komandanın baş məşqçisi Bernard Şalland oyun haqda fikirlərini səsləndirib. 
 
"Nəticədən nararazı qalmadım. Amma bir xala görə xoşbəxt deyiləm. Meydanda iki bərabərsəviyyəli komanda mübarizə apardı, amma fərqli tərzdə. Azərbaycan millisi daha çox topla oynamağa çalışdı.
 
Rəqibin heyətində Almeyda kimi ağıllı yarımmüdafiəçi var. O, bu gün də yaxşı oynadı. Mən öz komandamın hücumçularından narazı qaldım. Bilirəm ki, bundan da yaxşı oynaya bilərik. Topu çox gec irəli ötürürdük. 
 
Yoxlama görüşü yox, əsl mübarizə izlədik. Bunu qiymətləndirməsəm, komandalara hörmətsizlik edərəm. Qısa və sütətli ötürmələrlə oynaya bilərdik. Amma rəqibimiz bunu həyata keçirməyə imkan vermədi.
 
Fikrimdə qalıram, Azərbaycan yaxşı komandadı. Burdan bir xalla ayrılmışıqsa, üzülməməliyik. Rəqibimiz yaxşı pressinq edir, bizim oynumuzu pozurdu.
Hər iki komandanın qol fürsəti oldu, amma bir xal da qənimətdi. Elə iki komanda üçün də", deyə mütəxəssis oyuna şərh verib.
 
Sport7.az
 


Xəbər lenti