Kosovonun yığmamızla oyun üçün heyəti açıqlandı

Kosovonun yığmamızla oyun üçün heyəti açıqlandı
Kosovo yığmasının UEFA Millətlər Liqasında Malta və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 

Sport7.az xəbər verir ki, baş məşqçi Bernard Şalland heyətə 24 futbolçu dəvət edib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 3-ü isə hücumçudu.

Qapıçılar: Samir Uykani ("Rizespor", Türkiyə), Ariyenet Muriç ("Mançester Siti", İngiltərə), Visar Bekay ("Priştina")
Müdafiəçilər: Armi Rahmani ("Dinamo" Zaqreb, Xorvatiya), Fidan Aliti ("Skenderbeu", Albaniya), Mergim Voyvoda ("Muskron", Belçika), Ardin Dalku ("Vorskla", Ukrayna), Leart Pakyarada ("Sandxauzen", Almaniya), Bencamin Kololli, Mirlind Kryeziun (hər ikisi "Sürix", İsveçrə), Arbenit Xhemayli ("Ksamaks", İsveçrə)
Yarımmüdafiəçilər: Bersant Tselina ("Suonsi", İngiltərə), Valon Berişa ("Latsio", İtaliya), Hekuran Kryeziu ("Sürix", İsveçrə), Herolind Şala ("Start", Norveç), İdriz Voka ("Lütsern", İsveçrə), Besar Halimi ("Bröndbü", Danimarka), Arber Zeneli ("Herenven", Hollandiya), Milot Raşitsa ("Verder", Almaniya), Edon Jegrova ("Genk", Belçika), Donis Avdiyay ("Villem II", Hollandiya)
Hücumçular: Vedat Muriqi ("Rizespor", Türkiyə), Atdhe Nuhiu ("Şeffild Uenzdey", İngiltərə), Lirim Kastrati ("Lokomotiva", Xorvatiya)  

Kosovo noyabrın 17-i səfərdə Malta, 20-si doğma meydanda Azərbaycanla qarşılaşacaq. Bernard Şallandın rəhbərlik etdiyi kollektiv D Liqasının 3-cü qrupunda 8 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan isə 6 xalla 2-ci yerdədir. Üçüncü yerdə qərarlaşan Farer adalarının 4, son sıradakı Maltanın 2 xalı var.
 
Sport7.az

Xəbər lenti