Kostas Slukas dünya çempionatında iştirak etməyə bilər

Kostas Slukas dünya çempionatında iştirak etməyə bilər

Yunanıstan millisinin qardı Kostas Slukas baldırındakı zədə səbəbindən dünya çempionatını qaçıra bilər.

Slukas ötən gün İtaliya yığması ilə oynanılan yoldaşlıq görüşü zamanı zədələnib. Növbəti həftənin çərşənbə axşamı 29 yaşlı basketbolçu əlavə tibbi müayinədən keçəcək.

Slukas milli ilə birlikdə Çinə yola düşməyəcək. O, Afinada qalacaq və bərpa prosesini davam etdirəcək.

Slukasın DÇ-2019-da iştirak edib-etməyəcəyi ilə bağlı qərar onun turnir ərəfəsindəki yekun vəziyyətindən asılı olacaq.

Çinin ev sahibliyi edəcəyi dünya çempionatı 31 avqustda start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR