Koutinyo

Koutinyo "Barselona"ya qayıtmayacaq

Filippe Koutinyonu yenidən "Barselona" forması ilə görmək mümkün olmayacaq.

"As" nəşrinin xəbərinə görə, katalon klubunun rəhbərliyi Koutinyonun tezliklə komandadan ayrılacağını düşünür.

"Bavariya" 27 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb. Münhen klubunun 120 milyon avro qarşılığında onun transfer haqlarını ələ keçirmək haqqı da var. "Barselona" tərəfi "Bavariya"nın sözügedən opsiyadan istifadə edəcəyinə inanır. Lakin bu, baş tutmasa belə, "blauqrana" Koutinyonun İngiltərə Premyer Liqasına qayıtmasına mane olmayacaq.

Braziliyalı yarımmüdafiəçi cari mövsümdə Bundesliqada 6 matçda meydana çıxıb və 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR