Koutinyo

Koutinyo "Bavariya"da

"Bavariya" "Barselona"nın futbolçusu Filip Koutinyonu icarəyə götürüb. 

Sport7.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2019/2010 mövsümünün sonuna kimi Bundesliqa təmsilçisinin formasını geyinəcək.

Müqaviləyə əsasən, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malik olacaq. 

Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin "Liverpul" klubundan "Barselona"ya keçib. Kataloniya təmsilçisi ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan oyunçu 76 matçda 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR