Koutinyo

Koutinyo "Bavariya"ya keçir

Filippe Koutinyo "Barselona"dan ayrıla bilər.

"Bavariya" onun xidmətində maraqlıdı. RAC1-in məlumatına görə, Koutinyo icarə əsasında Bundesliqa klubuna keçməyə razılıq verib. Braziliyalı futbolçunun bazar günü Münhenə yola düşəcəyi gözlənilir.

Koutinyonun adı "Barselona"nın La Liqanın birinci turu çərçivəsində "Atletik"lə oynadığı matçın iştirak ərizəsinə daxil edilməmişdi.

Daha əvvəl 27 yaşlı oyunçunun Neymar qarşılığında PSJ-yə keçəcəyinə dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR