"Kpenhagen" Bakıya heç-heçə ilə gəlir

"Qarabağ"ın ÇL-in "pley-off" mərhələsindəki rəqibi "Kopenhagen" Danimarka Super Liqasında növbəti matçına çıxıb.
 
Sport7.az xəbər verir ki, Paytaxt təmsilçisi "Horsens"lə qarşılaşıb.
 
"Parken" stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahiblərini məğlubiyyətdən 77-ci dəqiqədə Federiko Santander xilas edib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran "Kopenhagen" 7-ci, "Horsens" isə 10 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 4 oyunda 12 xal qazanmış "Nordşelland" başçılıq edir.

"Qarabağ"ın bu rəqiblə ilk görüşü avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda, cavab matçı isə ayın 23-də elə "Parken" stadionunda keçiriləcək.
 
Sport7.az

Xəbər lenti