"Kral" 50 yaşında müqavilə müddətini uzatdı!

Yaponiyanın ikinci liqasında, "Yokohama"da çıxış edən Kazuyoşi Miura klubu ilə müqavilənin müddətinidaha 1 il müddətinə uzadıb. 
 
Sport7.az xəbər verir ki, fevralın 26-da 51 yaşını tamamlayacaq Miura üçün bu mövsüm onun peşəkar karyerasında 33-cü olacaq. 2005-ci ildə "Yokohama" ilə müqaviləyə imza atan, ötən mövsüm isə 50 yaşını tamamlayan, peşəkar futbol tarixində oynayan ən yaşlı futbolçu ünvanını ələ keçirən (bundan əvvəlki rekord ingilis əfsanə Stenli Matyusa məxsus idi) Miura keçən ili 12 qolla tamamlamışdı. 
 
Yaponiya futbolunun ən yaşlı oyunçusu "Kinq Kazu" ləqəbli Miura, daha öncə Braziliyada "Santos", İtaliyada "Cenoa" kimi komandaların formasını geyib. Yaponiya yığmasında 88 matça çıxan Miura 55 qolun müəllifidi.
 
Sport7.az
 

Xəbər lenti