Kramarenko rəsmən Moskva ÇSKA-sında

Kramarenko rəsmən Moskva ÇSKA-sında

Rusiyanın ÇSKA komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin olunub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 46 yaşlı mütəxəssis kollektivlə birgə bu gün İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonlarında digər məşqçi Viktor Onopko ilə birgə "hərbçilər"i tərk edib.

Kramarenko 2002-2003-cü illərdə ÇSKA-nın formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. Mərhum qapıçı Sergey Kramarenkonun oğlu "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq"dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR