Kriştianu Ronaldu 700-ə çatdı

Kriştianu Ronaldu 700-ə çatdı

Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Ukrayna ilə oynanılan matçda (1:2) komandasının yeganə qoluna imza atıb.

Bu, Ronaldunun karyerası ərzində vurduğu 700-cü qoldu. Portuqaliyalı futbolçu 974 matçda bu rəqəmə çata bilib.

Ronaldu "Sportinq"də 5, "Mançester Yunayted"də 118, "Real"da 450, "Yuventus"da 32, Portuqaliya yığmasında isə 95 dəfə rəqib qapılarına yol tapıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR