Kriştianu Ronaldu amerikalı modelə 375 min dollar ödədiyini etiraf edib

Kriştianu Ronaldu amerikalı modelə 375 min dollar ödədiyini etiraf edib

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu onu təcavüzdə günahlandıran Ketrin Mayorqaya ödəniş etdiyini etiraf edib.

TMZ-nin məlumatına görə, Ronaldu amerikalı modelə 375 min dollar ödəyib. Bununla belə, portuqaliyalı ulduz təcavüz iddialarını qəti şəkildə rədd edir.

Məhkəmə prosesinn mediadan gizli saxlanılması üçün Mayorqaya ödəniş edildiyi bildirilir. Ketrin 2010-cu ildə Ronaldudan 375 min dollar aldığını təsdiqləyib.

34 yaşlı oyunçunun məhkəmə sənədlərində qeyd olunub: "Ronaldu Mayorqaya 375 min dollar ödəyib və tərəflər həmin gecə baş verən hadisələrin gizlilik anlaşması çərçivəsində qalacağına dair razılıq əldə ediblər".

Kriştianu hərəkətinin təcavüzü etiraf etmək kimi qiymətləndirilməməli olduğunu bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR