Ronaldu vurduğu qolla yenə hamını qabaqladı (VİDEO)

Ronaldu vurduğu qolla yenə hamını qabaqladı (VİDEO)

UEFA Çempionlar Liqasında 2018-19 mövsümünün ən yaxşı 10 qolunu açıqlayıb.

"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun qrup mərhələsinin dördüncü turu çərçivəsində "Mançester Yunayted"in qapısından keçirdiyi qol birinci olub. "Barselona"nın ulduzu Lionel Messinin yarımfinal mərhələsinin ilk matçında "Liverpul"a vurduğu qol ikinci sırada qərarlaşıb. İlk üçlüyü isə Sadio Manenin ("Bavariya" - "Liverpul") qolu qapayıb.


Mövsümün qolunu müəyyənləşdirən UEFA komissiyasının tərkibində Tomas Şaaf, Peter Rudbek, Devid Moyes, Raul Qonsales, Peki Bonner, Maykl Onil, Qaret Sautqeyt, Roberto Martines və Xines Melendes kimi isimlər yer alıb.

Qeyd edək ki, Kriştianu Ronaldu ardıcıl ikinci dəfə sözügedən nominasiya üzrə qalib olub. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR