Körri:

Körri: "MVP mükafatının arxasınca qaçmıram"

"Qolden Steyt"in point-qardı Stefen Körri heç vaxt NBA final seriyalarında "ən dəyərli oyunçu" (MVP) seçilməyib.

Növbəti final seriyası ərəfəsində ulduz basketbolçuya bu barədə sual ünvanlanıb. Körri cavabında fərdi mükafatdan çox, titul qazanmağı hədəflədiyini bildirib:

"Niyə bu barədə danışdıqlarını başa düşürəm. Belə müzakirələri sevirəm. Bunlar bizim hələ də həlledici seriyalardan qalib ayrılan tərəf olmağımızdan qaynaqlanır.

Meydanda həmişə hər şeyimi ortaya qoyaraq oynamağa çalışıram. Pley-offun bütün oyunlarında, o cümlədən iştirak etdiyim finallarda tapşırıq həmişə qələbə qazanmaqdan ibarət olub. Çempion olmağımız üçün ən yüksək səviyyədə oynamalıyam. Final seriyasının "ən dəyərli oyunçusu" (MVP) olacam, yoxsa yox... - qoy, gedişat belə şeyləri müəyyənləşdirsin. MVP mükafatının arxasınca qaçmıram. Titul önəmlidi. Çempionluqdan daha vacib bir şey yoxdu".

Qeyd edək ki, NBA final seriyasına mayın 30-dan 31-nə keçən gecə start veriləcək. "Qolden Steyt"in rəqibi "Toronto" olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR