Kubembadan

Kubembadan "Sabah" üçün yubiley qolu

"Sabah” Premyer Liqada 50-ci qolunu vurub.
 
Sport7.az xəbər verir ki, yubiley XI turun "Keşlə” ilə oyununa (1:1) təsadüf edib. Görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

"Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakılılar evdə 27, səfərdə 23 dəfə fərqlənib. Paytaxt təmsilçisi 2018/19 mövsümündə 20, 2019/20 mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.
 
"Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də "Keşlə” ilə matçda (1:0) vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR