Kubitsa karyerasını DTM-də davam etdirə bilər

Kubitsa karyerasını DTM-də davam etdirə bilər

"Vilyams" pilotu Robert Kubitsanın menecerləri DTM (Deutsche Tourenwagen Masters) komandalarından olan "Audi"nin rəhbərliyi ilə danışıqlar aparır.

Polşalı sürücü 2020-ci ildə də Corc Rassellin komanda yoldaşı olmağa ən real namizəd olsa da, digər təklifləri də gözardı etmir.

"Audi"nin rəhbəri Diter Qass məlumatı təsdiqləyib: "Təbii ki, Kubitsa DTM-in marağında olan pilotlardandı. Detalları müzakirə etmək üçün erkəndi. Çətinliklərdən biri ondan ibarətdi ki, bizim çox güclü və balanslı heyətimiz var. Hər sürücümüz yaxşı xallar qazanacaq və podiuma çıxacaq potensiala sahibdi. Bu səbəbdən onlardan hansısa biri olmadan yola davam etmək asan olmayacaq.

Kubitsa ilə şəxsən danışmasam da, menecerləri ilə söhbətim olub. Görünür, DTM-ə olan maraq artır. Bu, yaxşı haldı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR