Kurtois rəsmən "Real"da

Kurtois rəsmən
"Real" Tiba Kurtoisi transfer edib.
 
Sport7.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə, DÇ-2018-də "qızıl əlcək" mükafatına layiq görülən Kurtoisi heyətinə qatdğını açıqlayıb. 26 yaşlı belçikalı qapıçı tibbi müayinədən sonra "Real"la 6 illik müqaviləyə imza atacaq. 
 
Transferin qiyməti rəsmən açıqlanmasa da, "Real"ın xorvat yarımmüdafiəçisi Mateo Kovaçiçin ingilis klubuna icarəyə keçəcəyi bildirilib. İspaniya mətbuatında yer alan xəbərlərə görə madridlilər qapıçı üçün "Çelsi"yə 35 milyon avro ödəyəcək. 
 
Belçikalı əlcək sahibi "Çelsi" forması ilə meydana çıxdığı 154 oyunun 58-də qapısını toxuunulmaz saxlayıb. Ulduz qapıçı ümumilikdə öz qapısında 152 qol görüb. 
 
Sport7.az

Xəbər lenti