Kuznetsova 91 sıra irəlilədi, Kiz yenidən

Kuznetsova 91 sıra irəlilədi, Kiz yenidən "ilk onluq"da

WTA-nın yenilənmiş reytinq cədvəli açıqlanıb.

Sinsinnatidə keçirilən "Premier" seriyalı turnirin qalibi Medison Kiz 2018-ci ilin iyul ayından bəri ilk dəfə top-10-da qərarlaşıb. Finalçı Svetlana Kuznetsova 91 pillə irəliləyərək 62-ci olub.

Sinsinnatidə titulunu qoruya bilməyən Kiki Bertrens 7-ci sıranı 5-ə dəyişib, Elina Svitolina isə "ilk beşliy"ə qayıdıb. Yarımfinalçı Sofiya Kenin şəxsi reytinq rekordunu yeniləyərək 20-ci olub.


WTA-nın reytinq cədvəli 

19 avqust

1 (1). Naomi Osaka (Yaponiya) - 6606 xal
2 (2). Əşli Barti (Avstraliya) - 6501
3 (3). Karolina Plişkova (Çexiya) - 6315
4 (4). Simona Halep (Rumıniya) - 4743
5 (7). Elina Svitolina (Ukrayna) - 4492
6 (6). Petra Kvitova (Çexiya) - 4485
7 (5). Kiki Bertens (Hollandiya) - 4400
8 (8). Serena Vilyams (ABŞ) - 3935
9 (9). Arina Sobolenko (Belarus) - 3320
10 (18). Medison Kiz (ABŞ) - 3267
---
20 (22). Sofiya Kenin (ABŞ) - 2460
52 (65). Vinus Vilyams (ABŞ) - 1072
62 (153). Svetlana Kuznetsova (Rusiya) - 936

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR