Kuznetsovadan iki ardıcıl qələbə

Kuznetsovadan iki ardıcıl qələbə

Sabiq dünya ikincisi rusiyalı Svetlana Kuznetsova Sidney turnirinin qalibi olub. Svetlana karyerasının 16-cı titulunu qazanıb.

Sport7.az xəbər verir ki, dünən yağışlar səbəbi ilə yarıda qalmış yarımfinalı və finalı aktivinə yaza bilib Sveta. İlk olaraq turnir lideri Simona Halep (Rumıniya) Kuznetsovaya uduzub. Halep sonadək mübarizə aparsa da, üç setin yekununda Sveta qalib gələ bilib. Kuznetsova matçı ümumilikdə 2 saat 44 dəqiqəyə 7-6 (7/5) 4-6 6-3 hesabı ilə aktivinə yaza bilib.

Finalda Kuznesova karyerasının ən böyük finalına çıxan puerto rikolu Monika Puiq ilə üzləşib. Kuznetsova rəqibini darmadağın edərək, sadəcə iki oyunda uduzub. Nəticədə final görüşü Svetanın 6-0 6-2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib 55 dəqiqənin yekununda müəyyənləşib.

Heydər Rzayev


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR