Kvitovanın

Kvitovanın "Uimbldon"da iştirakı sual altındadı

Mövsüm ərzində iki turnirdə qalib olan və əlindəki zədə səbəbindən Romadakı turnirdən imtina etmək məcburiyyətində qalan Petra Kvitova Londonda "Uimbldon"a hazırlaşır.

Çex tennisçi məşqlərə başlasa da, "Uimbldon"da iştirak edib-etməyəcəyi ilə bağlı qərarının bəlli olmadığını bildirib:

"Salam, "Uimbldon", mən qayıtdım. Sevinc hissi ilə bildirmək istəyərdim ki, əlim yaxşıdı. Bu gözəl ot örtüyündə ilk məşqimə artıq çıxmışam. "Uimbldon"da oynamaq üçün əlimdən gələnin ən yaxşısını edirəm. Ancaq bu barədə yekun qərarımı həftənin sonuna kimi açıqlayacam".

2010-2014-cü illər aralığında 2 dəfə "Uimbldon"un qalibi olan və minimum 1/4 finala qədər irəliləyən Kvitova son dörd yarışda isə toplam dörd qələbə qazana bilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR