ÇL-də bu gün daha 3 oyun keçiriləcək

ÇL-də bu gün daha 3 oyun keçiriləcək
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

Sport7.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq. Moskva "Spartak"ı səfərdə Yunanıstan təmsilçisi PAOK-la qarşılaşacaq. 

"Zalstburq" isə doğma meydanda Makedoniya təmsilçisi "Şkendiya" ilə münasibətlərə aydınlıq gətirəcək. Şotlandiya çempionu "Seltik" evdə Yunanıstan klubu ilə qarşılaşcaq. Onlar AEK-i qonaq edəcək.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, ilk oyunlar 

21:00 ."Zalsburq” (Avstriya) – "Şkendiya” (Makedoniya)
21:00. "PAOK" (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya)
22:45. "Seltik” (Şotlandiya) – AEK (Yunanıstan)
 
Sport7.az

Xəbər lenti