ÇL-də

ÇL-də "ən yaxşı" adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb. 

Sport7.az xəbər verir ki, bu ada "Mançester Siti"dən Kayl Uolker, "Yuventus"dan Kristiano Ronaldo, "Barselona"dan Lionel Messi və "Bavariya" Robert Levandovski namizəddir.

Uolker "Real Madrid"lə cavab görüşündə (2:1) bir dəfə top alıb və 85 faiz dəqiq ötürmə verib. Ronaldu Fransa "Lion"u ilə qarşılaşmada (2:1) dubl edib. Messi İtaliya "Napoli" ilə matçda (3:1) qol vurub və penalti qazanıb. Levandovski isə "Çelsi" ilə oyunda (4:1) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 
 
1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR