"Bavariya" "Çelsi"ni məğlub etdi, "Barselona" "Napoli" ilə bərabərliyə razı oldu

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Həftənin ilk oyun günündə iki görüş keçirilib. "Napoli" "Barselona"nı qəbul edib. Oyunda hesab 30-cu dəqiqədə açılıb. Dris Mertens fərqlənib. "Barselona" ikinci hissədə bərabərlik qolunu vura bilib. 57-ci dəqiqədə Antuan Qrizmann tarazlığı bərpa edib. Qalan dəqiqələrdə başqa qol olmayıb.
 
"Bavariya" "Stemford Bric"də "Çelsi"nin qonağı olub. İlk hissədə qol səsi çıxmayıb. İkinci hissənin əvvəllərində Serj Qnabri dublunu rəsmiləşdirib. "Bavariya"nın üçüncü qoluna isə Robert Levandovski imza atıb. Beləliklə, səfərdə "Çelsi"ni 3:0 hesabı ilə məğlub edən Münhen klubu cavab görüşü ərəfəsində böyük üstünlük əldə edib.

Çempionlar Liqası

1/8 final

İlk oyunlar

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1
Qollar: Mertens (30) - Qrizmann (57)

"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:3
Qollar: Qnabri (51, 54), Levandovski (76)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR