ÇL: Çempion sürprizə imkan vermədi

ÇL: Çempion sürprizə imkan vermədi

Qadın voleybolçuların Çempionlar Liqasında növbəti yarımfinalçının kimliyinə aydınlıq gəlib.

"Vakıfbank" Moskva "Dinamo"sunu qəbul edib. İlk matç rusların 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
Oyun başdan-sona ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə rəqibinə set verməyən "Vakıfbank" ardıcıl yeddinci dəfə adını ÇL-də son dörd komanda sırasına yazdıra bilib. Son çempionun heyətində Lonneke Slyutyes 19 xalla oyunun ən məhsuldar ismi olub. "Dinamo"da isə Nataliya Qonçarovadan (11 xal) başqa ikirəqəmli göstərici ilə seçilən voleybolçu olmayıb.


Çempionlar Liqası

1/4 final (cavab oyunları)

"Vakıfbank" (Türkiyə) - "Dinamo" (Moskva, Rusiya) - 3:0 (25:19, 25:16, 25:8)

İlk oyun - 2:3


Daha öncə "İmoko Volley" və "Fənərbağça" Çempionlar Liqasında yarımfinala vəsiqəni təmin etmişdilər. Bu gün keçiriləcək "Novara" - "Alyans Volley" görüşü ilə 1/4 final mərhələsinə yekun vurulacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR