Çempionlar Liqası: "Astana"dan qələbə

Çempionlar Liqası:
Bu gün Çempionlar Liqasında ilk təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
 
Sport7.az xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək. Yığmamızın üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı da bu mərhələdə mübarizəyə başlayacaq. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Monteneqronun "Sutyeska" klubu ilə üz-üzə gələcək.

Bu gün həmçinin "Qarabağ"ın potensial rəqibləri də münasibətlərə aydınlıq gətirəcək. Ağdam təmsilçisi mərhələ adlayacağı təqdirdə, "Kukesi" (Albaniya) - "Valletta" (Malta) cütünün qalibi ilə üz-üzə gələcək. "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə, "Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Kruzaders" (Şimali İrlandiya) cütündə məğlub olanla Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq.

Çempionlar Liqası birinci təsnifat mərhələsi

11 iyul


18:00 "Astana" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) - 1:0
Qol: Roman Murtazayev, 29 (penalti ilə)

20:00 "Spartak" (Yurmala, Latviya) - "Srvena Zvezda" (Serbiya) - 0:0 

20:00 "Spartak (Trnava, Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) - 1:0
Qol: Erik Yirka, 79
Qırmızı vərəqə: Frane Çiryak, 70 ("Zrinski")

20:00 "Suduva" (Litva) - APOEL (Kipr) - 3:1 
Qollar: Ricino Sisiliya, 9; 13; 19 - Vanderson de Xesus Martis, 90+4

21:00 "Kukesi" (Albaniya) - "Valletta" (Malta) - 0:0

21:00 "Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Kruzaders" (Şimali İrlandiya) - 7:0
Qollar: Marselinyo, 25; 66. Rodni Braun, 40 (öz qapısına). Klaudiu Keşerü, 53. Yakub Şverçok, 73; 78; 80

22:00 "Olimpiya" (Lyublyana, Sloveniya) - "Qarabağ" (AZƏRBAYCAN) - 0:0 (FASİLƏ)
 
24:00. "Valür" (İslandiya) - "Rusenborq" (Norveç) 
 
İlk oyun günündə qeydə alınmış nəticələr:
 
19:30 "Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:4
Qollar: Rauno Sappinen, 73 (penalti ilə) - Ben Sahar, 18. Şir Tzedek, 36 (penalti ilə). Hanan Maman, 53. Hen Ezra, 85

19:30 "Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova) - 2:1
Qollar: Georgi Kimadze, 24. Georgi Kuxianidze, 64 (penalti ilə) - Zigi Badibanqa, 14

20:00 "Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya) - 0:3
Qollar: Odson Eduard, 45+2. Ceyms Forrest, 81. Kallum Makqreqor, 90
 
20:00 "Düdelanj" (Lüksemburq) - "Videoton" (Macarıstan) - 1:1
Qollar: Brayan Melisse, 58 - Sabolç Husti, 42 

22:00 "Vikinqur" (Farer adaları) - HİK (Helsinki, Finlandiya) - 1:2
Qollar: Qunnar Vatnhamar, 51 - Sebastian Dalström, 9. Atli Qregersen, 29 (öz qapısına) 
 
22:15 "Şkendiya" (Makedoniya) - TNS (Uels) - 5:0
Qollar: İzair Emini, 14. Besart İbrahimi, 38; 53; 60; 66 

22:45 "Kork Siti" (İrlandiya) - "Legiya" (Varşava, Polşa) - 0:1
Qol: Mixal Kuxarçik, 79
 
22:45 "Drita" (Kosovo) - "Malmö" (İsveç) - 0:3
Qollar: Karlos Strandberq, 13. Arnor Traustason, 39. Markus Rozenberq, 82
 
Qeyd edək ki, cavab görüşləri 17-18 iyulda keçiriləcək. 
 
Sport7.az

Xəbər lenti