"Liverpul" 1/8 finalda, "İnter" və "Ayaks" Çempionlar Liqası ilə vidalaşdılar

Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.
 
İlk oyun günündə E, F, G və H qruplarında mübarizəyə yekun vurulub. Nəticələrə əsasən, "Liverpul", "Napoli", Dortmund "Borussiya"sı, "Lion", "Valensiya" və "Çelsi" 1/8 finala vəsiqə qazanıblar. "İnter" və "Ayaks" isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər.
 

Çempionlar Liqası

Qrup mərhələsi

6-cı tur

E qrupu

"Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2
 
Qollar: Keyta (57), Salah (58)

"Napoli" (İtaliya) - "Qenk" (Belçika) - 4:0
 
Qollar: Milik (3, 26, 38-penalti), Mertens (75-penalti)

Turnir cədvəli: 1. "Liverpul" (13), 2. "Napoli" (12), 3. "Zalsburq" (7), 4. "Qenk" (1).


F qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Çexiya) - 2:1
 
Qollar: Sanço (10), Brandt (61) - Souçek (43)

"İnter" (İtaliya) - "Barselona" (Almaniya) - 1:2
 
Qollar: Lukaku (44) - Peres (23), Fati (87)

Turnir cədvəli: 1. "Barselona" (14), 2. "Borussiya" (10), 3. "İnter" (7), 4. "Slaviya" (2).


G qrupu

"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) - 3:0
 
Qollar: Servi (47), Pitsi (58-penalti), Azmun (79-avtoqol)
 
"Lion" (Fransa) - "Layptsiq" (Almaniya) - 2:2
 
Qollar: Auar (50), Depay (82) - Forsberq (9-penalti), Verner (33-penalti)

Turnir cədvəli: 1. "Layptsiq" (11), 2. "Lion" (8), 3. "Benfika" (7), 4. "Zenit" (7).


H qrupu

"Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya) - 0:1
 
Qol: Rodriqo (24)

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:1
 
Qollar: Abraham (19), Aspilikueta (35) - Remi (78)

Turnir cədvəli: 1. "Valensiya" (11), 2. "Çelsi" (11), 3. "Ayaks" (10), 4. "Lill" (1).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR