"Liverpul" "Atletiko"ya uduzdu, "Borussiya" PSJ-ni məğlub etdi

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki görüş keçirilib. "Atletiko" son çempion "Liverpul"u qəbul edib. Saulun 4-cü dəqiqədə vurduğu qol matçda yeganə olub. "Atletiko" "mersisaydlılar"ı 1:0 hesabı ilə məğlub edib.
 
PSJ "Borussiya"nın qonağı olub. Oyunda hesab 69-cu dəqiqədə açılıb. Erlinq Holand fərqlənib. 75-ci dəqiqədə Neymar status-kvonu bərpa edib. Lakin PSJ-nin sevinci iki dəqiqə çəkib. Holand dublunu rəsmiləşdirərək Dortmund klubunun 2:1 hesablı qələbəsini təmin edib.

Çempionlar Liqası

1/8 final

İlk oyunlar

"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0
 Qol: Saul (4)

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) - 2:1
 Qollar: Holand (69, 77) - Neymar (75)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR