"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Həftənin ikinci oyun günündə daha iki görüş keçirilib. "Real" "Mançester Siti"ni qəbul edib. Oyunda hesab 60-cı dəqiqədə açılıb. İsko fərqlənib. Lakin "Real" qələbə hesabını qoruya bilməyib. Əvvəlcə 78-ci dəqiqədə Qabriel Jezus status-kvonu bərpa edib. 5 dəqiqə sonra isə Kevin De Bröyne penaltini dəqiq yerinə yetirərək "Mançester Siti"yə qələbə qazandırıb.
 
"Yuventus" "Lion"un qonağı olub. Matçın taleyini Lüka Tuzarın 31-ci dəqiqədə vurduğu qol həll edib. Beləliklə, "Yuventus" "Lion"a minimal hesabla məğlub olub.

Çempionlar Liqası

1/8 final

İlk oyunlar

"Lion" (Fransa) - "Yuventus" (İtaliya) - 1:0
Qol: Tuzar (31)

"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: İsko (60) - Jezus (78), De Bröyne (83-penalti)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR