ÇL:

ÇL: "Vakıfbank" "Dinamo"ya uduzdu, "Fənərbağça" və "Əczacıbaşı"dan qələbə

Qadın voleybolçuların Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti görüşləri keçirilib.

Son iki mövsümün çempionu "Vakıfbank" Moskvada yerli "Dinamo"nun qonağı olub. Gərgin mübarizə şəraitində keçən matçın qalibi 5-ci setdə müəyyənləşib. Həlledici anlarda daha dəqiq olan "Dinamo" rəqibini 3:2 hesabı ilə məğlub edib. Moskva təmsilçisinin heyətində Nataliya Qonçarova 26, İrina Fetisova isə 19 xalla oynayıb. "Vakıfbank"da Lonneke Slyutyes matçı 26 xalla tamamlayıb.

Səfərdə oynayan digər Türkiyə təmsilçiləri isə sqələbə qazanıblar. "Fənərbağça" "Skandiççi"ni, "Əczacıbaşı" isə "İmoko Volley"i məğlub edib.


Çempionlar Liqası (qadınlar)

1/4 final 

"Dinamo" (Moskva, Rusiya) - "Vakıfbank" (Türkiyə) - 3:2 (20:25, 25:23, 25:23, 21:25, 15:13)

"Skandiççi" (İtaliya) - "Fənərbağça" (Türkiyə) - 1:3 (19:25, 25:23, 19:25, 21:25)

"İmoko Volley" (İtaliya) - "Əczacıbaşı" (Türkiyə) - 0:3 (19:25, 25:27, 22:25)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR