La Liqa klubu baş məşqçi ilə müqavilə müddətini uzatdı

La Liqa klubu baş məşqçi ilə müqavilə müddətini uzatdı

"Atletik" baş məşqçisi Qaiska Qaritano ilə müqavilə müddətini uzadıb. 

Sport7.az xəbər verir ki, bu haqda Bilbao təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 45 yaşlı mütəxəssislə 2021-ci il iyunun 30-dək yeni müqavilə imzalanıb.  

Qaritano 2018-ci ilin dekabrından "Atletik"ə rəhbərlik edir. Komanda La Liqada 37 xalla 10-cu pillədə qərarlaşıb. Bilbao klubu bu mövsüm İspaniya Kubokunun finalına yüksəlib və həlledici görüşdə "Real Sosyedad"la üz-üzə gəlməlidir. 

Mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR