La Liqa klubu baş məşqçisini istefaya göndərdi

La Liqa klubu baş məşqçisini istefaya göndərdi

"Leqanes"də baş məşqçi dəyişikliyi olub.

Klub Maurisio Pelleqrino ilə yollarını ayırıb. Argentinalı mütəxəssis ötən mövsümdən bəri "Leqanes"i çalışdırırdı. Onun rəhbərliyi altında Madrid təmsilçisi La Liqadakı yerini qoruyub saxlaya bilmişdi.

Pelleqrinonu müvəqqəti olaraq Luis Sembranos əvəzləyəcək.

Qeyd edək ki, cari mövsümdə qələbə üzünə həsrət olan "Leqanes" çempionatda sonuncu pillədə qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR