La Liqa klubunda böyük dəyişiklik

La Liqa klubunda böyük dəyişiklik

"Valensiya" heyətində xeyli dəyişikliklər etməyi planlaşdırır.

Sport7.az xəbər verir ki, uğursuz mövsüm keçirən İspaniya klubu 7 aparıcı futbolçusunu transferə çıxarıb. 
 
"Yarasalar" qapıçı Yasper Silessen, yarımmüdafiəçilər Fransis Koklen, Ceffri Kondoqbiya, Ferran Torres, Daniel Parexo, həmçinin hücumçular Rodriqo Moreno və Qonsalo Qedeşi gələn mövsüm heyətdə saxlamaq niyyətində deyil. Buna səbəb futbolçuların yüksək ödənişli olmasıdır. Komandanın Çempionlar Liqasından kənarda qalması da bu qərara öz təsirini göstərib.

"Valensiya" La Liqanın sonuna 2 tur qalmış 50 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR