La Liqa təmsilçisində yeni baş məşqçi

La Liqa təmsilçisində yeni baş məşqçi

İspaniya La Liqası təmsilçisi "Hueska”nın yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu vəzifəyə Xose Roxo Martina Paketa təyin olunub. 52 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. "Numansiya”, "Ovyedo”, "Erkules”, "Elçe”, həmçinin Polşa və Tailandda çalışmış Paketanın qarşısına komandanı Primerada saxlamaq vəzifəsi qoyulub.

"Hueska” bunadək baş məşqçi Miçeli istefaya göndərib. Onun rəhbərliyi altında Sequndanın qalibi olan komandanın "Betis”ə 0:2 hesablı məğlubiyyəti son sınaq olub. 18 oyunda 12 xal toplayan komanda sonuncu pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR