La Liqada ilk məşqçi istefası

La Liqada ilk məşqçi istefası

İspaniya La Liqasının cari mövsümündə ilk məşqçi istefası reallaşıb. Sport7.az xəbər verir ki, "Las-Palmas"ın çalışdırıcısı Pako Herrera tutduğu postdan gedib.

8-ci tur çərçivəsində "Xetafe"yə 0:4 hesabı ilə darmadağın olan komandanın rəhbərliyi günahı baş məşqçidə görüb. Maraq üçün bildirək ki, Herrera 13 ildən sonra "Las-Palmas"ı La Liqaya çıxarmışdı. O, ötən mövsüm İspaniyanın ikinci liqasında ən yaxşı məşqçi seçilmişdi. 

Qeyd edək ki, geridə qalan 8 tur ərzində "Las-Palmas" cəmi 5 xal qazana bilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR