La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi
İspaniya La Liqasının autsayderi "Ueska”nın yeni baş məşqçisi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Leo Frankonu istefaya göndərən Araqon təmsilçisi artıq yeni çalışdırıcı tapıb.

Komanda Fransisko Rodrigesə tapşırılıb. Mütəxəssis yeni klubunu zirzəmidən çıxarmalıdı.

Sabah "El Alkoros” stadionunda təşkil olunacaq tədbirdə yeni məşqçinin təqdimatı keçiriləcək.

8 oyundan sonra hesabında 5 xal olan "Ueska” 20 komanda arasında sonuncu pillədə qərarlaşıb. Frankonun vəzifəsindən kənarlaşdırılmasına da məhz bu uğursuzluq səbəb olub.
 
Sport7.az

Xəbər lenti