La Liqanın oyunları adalarda keçirilə bilər

La Liqanın oyunları adalarda keçirilə bilər

İspaniyanın Tenerife şəhərinin Otelçilər Birliyi İspaniya Futbol Federasiyası və La Liqa rəhbərliyinə çempionat oyunlarını Kanar adalarında keçirməyi təklif edib.

Sport7.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
 
Birliyin nümayəndələri adaların İspaniyanın əsas ərazisindən kənarda yerləşdiyini əsas gətirərək belə bir fikir irəli sürüblər.

Sequndada çıxış edən "Las-Palmas" və "Tenerife" klubları Kanar adalarını təmsil edir. Bura turistlərin sevimli məkanı olduğundan, güclü otel infrastrukturan sahibdi. La Liqa və Sequndanı təmsil edən toplam 42 klubun heyəti rahatlıqla bu otellərdə yerləşə bilər.

La Liqa koronavirus pandemiyası səbəbindən dayandırılıb. 27 turdan sonra "Barselona" turnir cədvəlinə başçılıq edir. "Real" liderdən iki xal geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR