"Latsio" fanatları bu dəfə qadınları hədəf aldı - FOTO

Əvvəllər bir neçə dəfə irqçi hərəkətləri ilə diqqət çəkən "Latsio" fanatları bu dəfə qadınları hədəf alıb.
 
Sport7.az xəbər verir ki, irqçilik və antisemitizm xüsusiyyətləri ilə qalmaqallara səbəb olmuş fanatlar yenə buna bənzər addım atıb. Belə ki, A Seriyasının ilk turunda "Napoli" ilə oyundan öncə stadiona xəbərdarlıq paylayan "Latsio" fanatları qadınların onların tribunalarına gəlməmələrini istəyiblər. 
 
Roma Olimpiya Stadionunun "Curva Nord" adı verilən hissəsində oyunları izləyən və bu sektoru "müqəddəs məkan" adlandıran fanatların xəbərdarlığında "Bu tribunanın yazılmayan, amma əməl olunması vacib qanunları var. Tribunanın ilk sırası boş buraxılır. Qadınlar, həyat yoldaşları və bacılar ilk 10 sıraya buraxılmır. Qayğısız və romantik bir gün keçirmək üçün stadionu seçənlər, başqa tribunlara getsinlər" ifadələri yer alıb. 
 
Sosial media vasitəsilə yayılan bu xəbərdarlıq İtaliyada ictimaiyyətin diqqətini çəkib. 
 
"Latsio" fanatları ötən mövsüm yəhudi soyqırımı günündə həyatını itirmiş Anne Franka "Roma" forması geydirilmiş bir fotoqrafı tribunalara paylamış və buna görə klub 50 min avro cərimə olunmuşdu.
 
 

Sport7.az

Xəbər lenti