"Latsio" fırıldaq qurbanı oldu

İtaliya A Seriyasının nəhənglərindən olan "Latsio" xoşagəlməz hadisə ilə üzləşib.
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi Stefan de Vreyin transferində fırıldağa məruz qalıb.
 
Məsələ burasındadı ki, rəhbərlik futbolçunu transfer etdiyi "Feyenord"a 2 milyon avro ödəməli imiş. Amma bunun əvəzinə özünü holland klubunun təmsilçisi kimi qələmə verən şəxsin hesabına pul köçürən romalılar sonradan aldadıldığını başa düşüb.  
 
"Latsio" De Vreyi 3 il əvvəl 7 milyon avro qarşılığında "Feyenord"dan transfer edib. 2 milyon fırıldağı da həmin vaxt baş verib.
 
Sport7.az

Xəbər lenti