"Latsio" küçədə kəşf edilən oyunçu ilə müqavilə imzaladı

"Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, bu haqda Roma təmsilçisinin rəsmi saytında məlumat yer alıb. Klub 17 yaşlı Larsson Kulibali ilə müqavilə imzalayıb. Fil Dişi Sahilindən olan oyunçu paytaxt klubunun nəzdindəki Tomasso Roççinin rəhbərlik etdiyi gənclər komandasında oynayacaq.

"Latsio" Akademiyasının meneceri Mauro Byankessi Kulibalini bir neçə küçə turnirində kəşf edib. O oyunçu haqqında bunları söyləyib: "Bir neçə ay əvvəl o heç topa toxunmamışdı, ancaq biz istedad kəşf etdik. O ölkəsində çətinlik içində yaşayırdı, Romaya tək gəldi və böyük gücə malikdir. Mən ona şans verdim. Yaxın dostum mənə hədiyyə verəcəyini bildiridi və o oğlanı görməyimi istədi. Buna görə xeyli etirazlar oldu, amma mən ona güvənirəm. Bu bir sürpriz idi. İstedadı, dəyərləri var. Dili yaxşı öyrənməli və yerləşməlidir. Çox səy göstərdikdən sonra onu qeydiyyata aldıq. 28 dekabrda İtaliya pasportu ilə "Latsio"nun oyunçusu oldu. Gələn aydan milli liqada oynamağa başladığımızda Tomasso Roçinin komandasına qoşulacaq"

Kulibali İtaliyaya gedənədək heç vaxt peşəkar səviyyədə futbol oynamayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR