"Çölə çıxardım və həddindən çox içirdim" - "Atletiko"nun futbolçusu

"Atletiko"nun ulduz futbolçusu Felipe Luis futbol dünyasılna dair maraqlı açıqlamalar verib.

Sport7.az xəbər verir ki, Madrid klubunda ilk illərində içki problemi yaşadığını bildirən futbolçu "Çölə çıxardım və həddindən çox içirdim. Şanslı idim ki, atam məni maşını ilə geri gətirirdi" sözlərini işlədib.

Luis futbolçu olmaqla bağlı "Çox şanslıyam, çünki o qədər də çox çalışmıram. Bir neçə saat təzyiq olur və mən yaxşı qazanıram" deyib.

Xüsusən də gənc oyunçular başda olmaqla futbolçuların 80 faizinin xəyal dünyasında yaşadığı fikrini müdafiə edən ulduz "Qollarının altında marka bir çanta ilə gəzib, 400 avroluq ayaqqabı geymək və vüxudlarına 8 döymə vurmaqla hər zaman ulduz olacaqlarını, insanların onlara hörmət edəcəyini sanırlar. Amma onlardan da başqa dünya olduğunu unudurlar" deyərək tənqid edib. 

Lionel Messi ilə arasında hər oyunda yaşanan mübarizələr mövzusunda maraqlı ifadələr işlədən "Atletiko"nun futbolçusu "Messini dayandırmağın yollarını bilirəm və çox vaxt fol ola bilər. Mənə "qəssab" deyə bilərlər, amma bundan şikayətim yoxdu" deyib.

"Atletiko" ilə oyunlarda 27 qol uran Messinin meydanda rahat olmamasının vacibliyini dilə gətirən Luis "Messi meydanda özünü rahat hiss edirsə, artıq sən ölüsən" sözlərini söyləyib. 

Sport7.az

Xəbər lenti