Lebron Ceyms:

Lebron Ceyms: "Bir də NBA - Çin münaqişəsi barədə danışmayacam. Biz siyasətçi deyilik"

"Leykers"in lideri Lebron Ceyms növbəti dəfə NBA - Çin münaqişəsi ilə bağlı fikirlərini bölüşüb:

"Hadisələrə fikir bildirəndə məntiqimi işə salıram. Bazar ertəsi məsələ ilə bağlı düşüncələrimi sizinlə paylaşdım.

Honq Konqda Çin əleyhinə olan protestlər barədə daha çox məlumat əldə etməliyimmi? Mən bu komandanın kapitanıyam və sadəcə çempion olmağın yolları barədə düşünürəm. Hazırda mənim üzərimə düşən əsas öhdəlik budu. Dediyim kimi, bazar ertəsi fikirlərimi bölüşdüm. Sonra mövqeyimi başa düşməyən insanlar "Twitter"də məni tənqid etməyə başladılar. Növbəti dəfə mövzuya qayıdacam, amma bu, son olacaq. Bir də bu məsələ barədə danışmayacam.

Məncə, komandanın xeyrinə olmayan mövzular barədə danışmağa davam etmək komanda yoldaşlarımı aldatmaqdan başqa bir şey deyil. Biz çempion olmaq niyyətindəyik. Sadəcə bunun üçün buradayıq. Biz siyasətçi deyilik. Bu, əslində, siyasi məsələdi. Bəli, biz liderik və bəzən fikrimizi bildirə bilərik. Spesifik olaraq Çin məsələsini nəzərdə tutmuram, ümumilikdə əgər hansısa bir mövzu haqda danışmaq istəyiniz yoxdusa, məcburiyyət qarşısında qalıb fikir bildirməyin. Ən yaxşısı budu".

Qeyd edək ki, bazar ertəsi Ceyms "Hyuston"un baş meneceri Deril Morinin Honq Konq protestlərini dəstəkləməsinə münasibət bildirmişdi. Ardınca müxtəlif insanlar ulduz basketbolçunun maliyyə itkisindən qorxduğu üçün Çinə dəstək verdiyinə dair fikirlər səsləndirmişdilər. Hətta ESPN-in jurnalisti Maks Kellerman onun "satıldığını" bildirmiş, Honq Konqda isə Lebronun formaları yandırılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR