"Finiks"lə oyun "Leykers"in forvardı Lebron Ceyms üçün əlamətdar olub.
Ceyms NBA karyerası ərzindəki dəqiq sərbəst atışların sayını 7328-ə çatdırıb. Beləliklə, o, bu göstərici üzrə Maykl Cordanı geridə qoyaraq 5-ci sıraya yüksəlib.
Dəqiq sərbəst atışların sayına görə Karl Meloun (9787) liderdi. "İlk dördlük"də Mozes Meloun (8531), Kobi Brayant (8378) və Oskar Robertsonun (7694) adlarına da rast gəlmək mümkündü.

Sport7.az