NBA All-Star:

NBA All-Star: "Lebronun komandası" qələbə qazandı, Kavay MVP seçildi (FOTO)

NBA-da "All-Star" həftə sonuna yekun vurulub.

Son olaraq "Ulduzlar oyunu" keçirilib. "Lebron Ceymsin komandası" "Yannis Adetokumbonun komandası"nı 157:155 hesabı ilə məğlub edib.

Qarşılaşmanı 30 xal, 7 ribaund, 4 assist və 2 top oğurlama ilə tamamlayan Kavay Lenard matçın "ən dəyərli oyunçusu" (MVP) seçilib.

NBA "Ulduzlar oyunu"

"Lebronun komandası" - "Yannisin komandası" - 157:155 (53:41, 30:51, 41:41, 33:22)

"Yannisin komandası": Adetokumbo (25 xal, 11 ribaund), Voker (23 xal), Embiid (22 xal, 10 ribaund), Qober (21 xal, 11 ribaund).

"Lebronun komandası": Lenard (30 xal, 7 ribaund), Ceyms (23 xal, 6 assist), Pol (23 xal, 6 ribaund), Deyvis (20 xal, 9 ribaund).
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR